Oxşar xəbərlər
Rusiyanın Stavropol diyarında qaz boru kəmərində partlayış baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, partlayışdan sonra baş verən yanğının alovları 25 metrə qədər hündürlüyə qalxıb.
Bildirilib ki, hadisə Ust-Nevinski yaşayış məntəqəsinin 3 km-liyindən keçən boru kəmərində qeydə alınıb.
Hadisə zamanı xəsarət alan, yaşayış məntəqəsi üçün hər hansı təhlükə yoxdur.
Qəzadan dolayı 18 yaşayış məntəqəsinə qazın verilişi dayandırılıb.