Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi, ev 25 mənzil 14 ünvanında yaşayan və qeydiyyatda olan Eyyubov Paşa Şəkər oğlu ASmedia.az xəbər portalına rəsmi müraciət edərək bildirir ki, ona məxsus evdə qazla quraşdırılmış avadanlıqlardan ancaq ikigözlü qaz sayğacı piltəsindən istifadə edir. Vətəndaş eyni zamanda qeyd edir ki, evdə kombi sistemi yoxdur, 100 litrlik pitminutka işıq sistemi ilə qızdırılır.
Bunlara baxmayaraq "Azəriqaz" İstehsalat Birliyinin Bakı regional qazın satışı departamentindən 2800 manat məbləğində abonent cərimə olunub.
Və hətta əsassız olaraq mənzilin qaz sayğacından qeyri-qanuni təbii qazdan istifadə aşkarlanıb.
"Azəriqaz" İstehsalat rəhbəri arxalığı sayəsində vətəndaşlara divan tutmaqda davam edir.Belə ki, vətəndaşların şikayətləri artan xətt üzrə günu-gündən davam edir. İşlətmədiyi, istifadə etmədiyi qazlardan gələn borclar günbəgün artmaqdadır.
Görəsən, kayfdan və qumardan başı ayılan Ruslan Əliyev bunları nəzərə ala bilmirmi?
"SOCAR" tabeliyində fəaliyyət gostərən "Azəriqazla" bağlı Ölkə başçısı Prezident İlham Əliyev kəskin iradlar bildirərək, bu nöqsanların aradan qaldırılması üçün tapşırıqlarını vermişdir.
Ruslan Əliyevin başı bu qədərmi quruyub ?
Vətəndaşların qapısına göndərdiyi reket dəstəsinin heç bir sübut olmadan 2800 manat civarında cərimə yükləməsi hansı məntiqə uyğundur?
Əgər qeyri-qanuni təbii qaz aşkarlanıbsa, abonent təbii qazdan sayğacdan kənar istifadə edibsə "Azəriqaz" İstesalat Birliyinin əməkdaşları nə səbəbə aktlaşdırma, çəkiliş kimi tədbirlər görməyiblər?
Əgər, bu qədər borc varsa bu məbləğ bir ayamı yığılır?
Bütün bu nöqsanları Ruslan Əliyev başda olan ədədlərin mülahizə və fərziyyələriləmi dəqiqləşdirir?
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən "Azəriqaz" İstehsalat birliyinin rəhbəri Ruslan Əliyevin mövqeyini gözləyirik.
Mövzu diqqətimizdədir!
Neman Eminov