TƏHSİLSİZ SİSTEMİN NEÇƏ ŞƏRİKİ VAR?

17-12-2021, 12:00

Pedaqoji təhsildən xəbərsiz, pedaqoji fəaliyyətlə məşğul olmayan Anar Qədimalıyev Gəncə Şəhər Təhsil İdarəsinin müdürü vəzifəsində çalışır. Anar Qədimalıyev  Azərbaycan Dövlət Aqrar Universitetininin "Mühasibat uçotu" fakultəsini bitirib. 

 Anar Qədimalıyev Gəncə Şəhər Təhsil İdarəsinə müdür vəzifəsinə təyin ediləndən bu şəhərin təhsilində  qara günlər başladı.
 Bilirik ki, " Təhsil millətin gələcəyidir". 

  Çox təəssüflər olsun ki, millətin gələcəyi olan təhsili Anar Qədimalıyev Gəncə şəhər təhsilini dövlətimizin qanunları  və təhsilimizin təhsil qanunları ilə deyil, " Bazar qanunları " ilə idarə edərək məhf edir. 

 Bu şəhərin təhsil sistemində qohumluq, tanışlıq prinsiplərinə üstünlük verilir. Beləki, Anar Qədimalıyevin qohumu Röyal adlı şəxsin adı Gəncə şəhər 22 saylı tam orta məktəbində "texniki şöbədə" işçi getsə də işə getmədən havayı əməkhaqqı alır. Eyni zamanda Röyal Qədimalıyevin sürücüsüdür.

  Anar Qədimalıyevə  Təhsil nazirliyində Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətində yüksək vəzifədə əyləşən qohumu  " krışalıq " edir.

  Anar Qədimalıyevlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə edilən şikayət ərizələri qohumu tərəfindən gizlədilir, heç bir tədbir görülmür. 

 Təhsil nazirliyinə Anar Qədimalıyevlə bağlı edilən şikayətlərə cavab olaraq Təhsil nazirliyi 23 noyabr 2021-ci il tarixli, E-13103/8/1024 nömrəli məktub göndərmişdir. Məktubda qeyd edilir ki, Təhsil nazirliyinin strukturuna daxil olan yerli təhsil idarəetmə orqanları ikilik tabelilik əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş " Yerli icra hakimiyyəti haqqında Əsasnamə"nin əlavəsinə əsasən yerli təhsili idarəetmə orqanlarının rəhbərləri Təhsil Nazirliyi ilə razılaşdırılmaqla rayon(şəhər) icra hakimiyyəti başçıları tərəfindən vəzifəyə təyin və azad edilirlər. 

İcra Hakimiyyətindən gələn məktubda qeyd edilir ki, təhsil sistemində baş verən qanunsuzluqları, saxtakarlıqları, nöqsanları Təhsil nazirliyi araşdırır, tədbir görür. 

 İki qurumun verdiyi rəsmi cavab ziddiyət təşkil edir.

Qarşı tərəfin söz haqqını tanıyırıq!

Mövzu diqqətimizdədir!

Neman Eminov
 


İstifadəçi paneli