Paytaxt Bakıda göz oxşayan binaları görərkən və həmin binada yerləşən dövlət qurumlarının yerləşdiyini bilərkən, insan şövq-təbii füsinkar binadan üzür istəmək istəyir ki: “Bağışla ey cansız daş. Nə edək ki, bizim ölkədə daş ürəkli, gerizəkalı,kanalizasiya suyu ilə içməli suyun fərqini qanmayan,ədədlər əsasən dövlət idarəçiliyinə soxuşdururlar ki, Xalqı incitsinsər, dövlətçilik İdeallarına lənət oxutdursunlar!?"
Bu gün saat 12:00 radələrində özünü Xətai rayon su idarəsinin nəzarətçisi kimi təqdim edən Rasim Məmmədov adlı şəxs Yusif Səfərov küçəsi 25 ünvanında ümumi yaşayış sahəsinə daxil olub ailə üzvüləri üçün peraşki və qutab hazırlayan Mehriban Həsənovanın ailə üzvülərinin yaşayış zonasına daxil olaraq bildirir ki:
"Siz burda kommersiya fəaliyyəti ilə məşğul olursunuz. Qazandığınız paralardan bizədə verməlisiniz”.
Abonent: Nəyə görə verməliyik ki, öz hesabımıza bişirdiyimiz kətə qutabdan nədən sizədə verməliyik? Bu cür yanaşma ne dərəcədə dogrudur?
Rasim Məmmədov: Əşi pul vermirsiniz, hec olmasa sədrimizin payını göndərin...
Abonent: Sədriniz kimdir?
Rasim Məmmədov: Köçərli Həsənovdur.
Abonent: Nə qədər verməliyik ki?
Rasim Məmmədov: Hec olmasa həftədə 200 ədəd.
Statın sonu:
Bütün dünya bilirki, "Azərsu" ASC adlı qurumun mahiyyəti korrupsiya,soyğunçuluq,dilənçilik, cibgrlik, şantaj,mantajdır....
Zavallı xalqın bu qədər etirazlarını şikayətlərini narazılıqlarını görmək, hiss etmək, duymaq səlahiyyətində olan qurumların vicdanlarını qurum basmış,görən gözləri kor, düşünən beyinləri zonbiləşmişdir.
Köçərli Həsənovun və onun mənfur komandasının bu cür “ağlına” məntiqlə yanaşsaq,o zaman evində paltaryuyan, xanımlarda çamaşır pulu ödəməlidir ki, Azərkanalizasiyanın başları mədələşmiş məsul rəhbərliyi ağızlarını təmiz su il yaxalaya bilsinlər.
Mövzu diqqətimizdədir.
Raul Qulubəyli