Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

19-12-2021, 09:50

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

ASmedia.az xəbər verir ki, bu barədə apa-ya Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, aktyor ötən gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.

Allah rəhmət eləsin!


İstifadəçi paneli