Jerar Depardye təcavüzdə ittiham olundu

20-12-2021, 11:45

5 yaşlı aktrisa Şarlotta Arnold məşhur aktyor Jerar Depardyeni zorlamada ittiham edib.

O, bu barədə öz Tvitter səhifəsində məlumat verib.

Aktrisa iddia edir ki, 72 yaşlı fransız aktyor 2018-ci ilin avqustunda ona hücum edib. O vaxtdan bəri o, bu faktı gizlədib, amma daha səssiz qala bilmir.

Depardye isə ittihamı rədd edir. Onun vəkilləri aktyorun nüfuzu üçün mübarizə aparacaqlarını bildiriblər.


İstifadəçi paneli