Oxşar xəbərlər
Türkiyə parlamenti Yunanıstanın ərazi sularını 12 milə qədər uzadacağı təqdirdə müharibə səbəbi sayılacaq 1995-ci il tarixli qərarını ləğv etməlidir.
ASmedia.az xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.
"Türkiyəyə 2 variant təklif edən AB-nin müəyyən etdiyi çərçivə aydındır. Bu variantlardan biri Türkiyənin Yunanıstan da daxil olmaqla qonşuları ilə münasibətlərinin mərhələli şəkildə normallaşmasıdır. Münasibətlərin normallaşması Türkiyənin təxribat xarakterli hərəkətlərinə son qoymasını tələb edir. Belə olarsa, Türkiyə-AB əlaqələrinin inkişafı üçün mübarizə aparan ilk ölkə olacağıq”, - baş nazir bildirib.