Putin Rusiyanın yeni hərbi texnikaları ilə tanış oldu

22-12-2021, 09:15

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclası çərçivəsində yeni hərbi vasitə və hərbi texnika nümunələrinə baxış keçirib.

ASmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, hərbi texnika nümunələri iclasın keçirildiyi Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzində yerləşdirilib.

Müdafiə naziri Sergey Şoyqu yeni nümunələrlə Putini tanış edib.

Dövlət başçısı əsasən kəşfiyyat tağım komandirinin taktiki terminalı və yeni desant paraşüt sistemləri ilə maraqlanıb.
“Baxın, bunlar yenicə silahlandırmaya daxil edilib. Daha böyük məsafəyə eniş etməyə imkan verir”, - deyə Şoyqu Putinə bildirib.



İstifadəçi paneli