İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq.
ASmedia.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.
Fatih Dönməz öz çıxışında xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib: