Oxşar xəbərlər
Bakı metropoliteni” QSC-nin daha bir əməkdaşı vəfat edib.
Qurumun Tikinti departamentinin Dəmir yolunun Tikintisi və Əsaslı Təmir İşləri üzrə Dəstəsinin rəisi 1959-cu il təvəllüdlü Babaşxan Baxışov bu gün işə gələrkən ürək tutmasından yolda dünyasını dəyişib.
O, 2017-ci ildən “Bakı Metropoliteni”ndə çalışırdı.
“Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki də işə gələrkən metroda dünyasını dəyişib.