Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2020-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bir çox məsələlərə toxunan Prezident SOCARIN nəzdində olan "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bəzi nöqsanlara yol verildiyini qeyd etmişdir.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır, burada maksimum şəffaflıq, ədalət olmalıdır. Yerlərdən həm sayğaclarla, həm də qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır.
Ruslan Əliyevin yarıtmaz fəaliyyətində onun işçilərinin korrupsiyaya yol verməsi, sayğac dəyişdirilməsi zamanı abonentlərə artıq pullar yazılması və digər qanundankənar hərəkətləri bu günə kimi davam etməkdədir.
"Sayğaca müdaxilə " bəhanəsi ilə hər ay minlərlə abonentə külli miqdarda cərimələr heç bir fakta əsaslanmır.
Ruslan Əliyev deyilən nöqsanlarla razılaşmır, Prezidentin siyasətinə qarşı BUMERANQ islahatlarını davam etdirir.
Prezident çıxışında deyir ki, "Həm sayğaclarla, həm də qazın keyfiyyəti" ilə bağlı problemlər var.
Ruslan Əliyev isə Prezidentin sözlərini təkzib edərək bildirir ki, biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan dəymiş ziyan tələb etmirik.
Müdaxilə olunmursa, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ev 25, mənzil 14 ünvanında yaşayan və qeydiyyatda olan Eyyubov Paşa Şəkər oğluna məxsus evə "Azəriqaz" İB-nin Bakı regional qazın satışı departemindən gələrək 2800 manat məbləğində cərimə edilmişdir. Heç bir əsaslandırma aparmayan Ruslan Əliyevin göndərdiyi reket dəstəsi abonenti 2800 manat civarında cərimə yükləməsi hansı məntiqə uyğundur?
Ruslan Əliyevin göndərdiyi reket dəstəsinin abonenti 2800 manat civarında yükləməsi ilə bağlı əllərində hüquq-mühafizə orqanlarının, məhkəmənin qərarı varmı?
Bir məqamı diqqətinizə çatdırıram ki, son dövrlər "Azəriqaz" İB-nin rəhbəri Ruslan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev, Təhsil naziri Emin Əmrullayev, TƏBİB rəhbəri Vüqar Nağıyev və digərləri xalqa qarşı harın davranışlarını kompensasiya etməkdən ötrü dəfələrlə atılıb-satılmış itirməyə heç nəyi qalmayan əqidəsiz, mənliksiz "media" fərarilərini ("general") başına toplayıb manipulyasiya etməkdədirlər.
Digər məqam isə bundan ibarətdir ki, Ruslan Əliyev ailəsini gedər-gəlməz "məzuniyyətə" göndərmiş, lakin, ailə, qadın problemlərinin düzəlləndirilməsinə məsul edilmiş Lalə Azəriqaz ("Lalə Azərtaş") çətiri altında gizlənsə də Ağdaş qaraçısı kimi bütün cinayətləri açığa vurmaqdadır.
Qarşı tərəfin söz haqqını tanıyırıq.
Ardı var...
Neman