Təhsilsizliyin 56 saylı ünvanı
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunverciliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Ancaq, çox təəssüflər olsun ki, ölkəmizin orta ümumtəhsil məktəblərində nöqsanlar, saxtakarlıqlar, xüsusi ilə pul yığılması məsələsi son günlər aktuallaşıb. Təhsilsiz nazir Emin Əmrullayevin məsuliyyətsiz və savadsız çıxışından sonra rüşvətə meyilli təhsil qəssabları əl-qol açmaqdadır və "rüşvət islahatları" davam edir. Təhsil naziri hələ də bilmir ki, orta ümumtəhsil məktəblərində təhsil almaq dövlət hesabınadır, ödənişsizdir.
Bakı şəhəri, Xətai rayonu 56 saylı tam orta məktəbində nöqsanlar, saxtakarlıqlar, özbaşnalıqlar, xüsusilə Şəhid adından istifadə etməklə pul yığma halları pik həddə çatıb.
Bu məktəbin ibtidai sinif müəlliməsi Nüşabə müəllimənin,Şəhid adı altında pul yığması və həmin məktəbin digər ibtidai sinif müəlliməsi Zarina müəllimənin 6-10 manat arasında kitab satışının təşkil edilməsi məktəbdə son günlər açığa vuran xoşagəlməz olaylardandır.
Əldə etdiyimiz məlumata görə məktəb direktoru vəzifəsini əvəz edən Vəfa Qafurzadə Zarina müəllimənin qanundankənar əməlləri ilə bağlı kuratora,Əmrullayevin rəsmilərinə müraciətlər etsə də,nəticə əldə edilməmiş, nazirlikdən bildirilmişdir ki, "yola ver".
İddia olunur ki, Zarina müəllimənin toxunulmaz şəxs statusunu monolitləşdirən qızının "AZAL" hava yolları şirkətində Stüardessa vəzifəsində çalışmasıdır.
Zarina müəllimənin bu və ya digər formada məkdəbdə dominantlıq etməsinin səbəblərindən biridə direktoru əvəz edən Vəfa Qafurzadəni Polisə verməsidir.
Bu ilin Sentyabr ayında belə bir olayın baş verdiyi və 3 nəfər müəllimdən 37-ci PB-də izahat alındığı bildirilir.
Qarşı tərəfin söz haqqını tanıyırıq.
Neman Eminov