JURNALİST SÖYÜŞLƏ TƏHDİD EDİLDİ...

27-12-2021, 12:08

Xətai Rayonunda yerləşən 56 Saylı orta məktəbdə həyata keçirilən kazus islahatlara Zarinadan və oğlundan "reaksiya" gəldi.

Məlum mobil telefondan zəng açan şəxs özünü təqdim etmədən "sizin nə ixtiyarınız var, bizdən yazırsız,siz kimsiniz....."!?, kənardan gələn səsdə:"Zarina Babayevadı sizinlə danışan,baxın görün sizi...düd...,Polisə verəcəm...düd, siz hələ məni tanımırsız ... düd, jurnalist kimdir ki, məktəbdən,müəllimdən yazsın...düd,düd.....

Faciədir,ibtidai sinif şagirdlərinə "dərs verən" birisi ağzından çıxardığı sözlərin mahiyyətini dərk edirmi?

Polis nə vaxtdan Medianın istiqamətlərini müəyyənləşdirir?

Niyə məhz Polisin adını tez-tez çəkir Zarina müəllimə ?!

Bəlkəm doğrudan da onu hansısa Polis himayə etdiyindən hər kəs qarşısında susur,qorxur?!

Zarina Babayeva bilməlidir ki, ölkədə baş verən bütün neqativ hadisələrin qarşısını ala biləcək,autentik preventiv tədbir görə biləcək ən böyük təsisatda məhz mediadır.

Ona görə də hər kəs öz əməlinə məsuldur və qanun qarşısında cavab verməlidir!

Neman Eminov


İstifadəçi paneli