Samux rayonunda qaçırılan 15 yaşlı qızla bağlı yeni xəbər var.
Asmedia.az xəbər verir ki, hadisə barədə məlumatı sosaial şəbəkədə ictimailəşdirən və bu barədə aidiyyəti orqanlara müraciət edən Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Gülnarə Əmiraslanova erkən nikahın qarşısının alındığını bildirib.
“Hazırda məlumat aldım ki, erkən nikahla baglı hadisənin qarşısı alınıb. Buna görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinə və Samux rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Belə hallar olduqda hər birimiz operativ qaydada reaksiya verib mübarizəyə qalxmalıyıq”,- deyə G.Əmiraslanova qeyd edib.
Xatırladaq ki, qaçırılan qız 10-cu sinif şagirdidir, 15 yaşı var. Bayram günü onun nişan mərasimi olub, sonra isə qaçırılıb. Onun bu gün dərsə gəlməməsindən şübhələnən məktəb olaya reaksiya verib.