Oxşar xəbərlər
Pakistan 2018-ci ildə Türkiyədən sifariş verilən 30 ədəd T129 “Atak” helikopterinin tədarükünü ləğv etmək qərarına gəlib.
AS Media.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Babar İftixar məlumat yayıb.
Qeyd olunub ki, Pakistan hazırda Z-10ME helikopterlərinin alınması üçün Çinlə danışıqlar aparır.
Pakistan 2018-ci ildə 1,5 milyard ABŞ dolları dəyərində 30 ədəd T129 helikopteri sifariş edib. Lakin helikopterin istehsalında ABŞ istehsalı mühərrik istifadə edildiyi üçün, satılması üçün Vaşinqtonun icazəsi lazım idi. ABŞ icazə vermədiyi üçün helikopterlərin satışı həyata keçirilmədi.