Məlum olduğu kimi Nurlana Əliyeva Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi. Məlum olduğu kimi, Təhsil naziri Emin Əmrullayevin əmri ilə 24.06.2021-ci ildə Təhsil nazirliyinin elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilib.
Bu Emin Əmrullayevin əmri ilə baş tutsa da, qeyd olunur ki, onu bu vəzifəyə Azərbaycan Respublikasının Nazirlər Kabinetində çalışan himayədarı gətirib. Anar Nağıyev bunun əvəzində həmin himayədarın həyat yoldaşını prorektor vəzifəsinə qaldırmağa söz verib.
Əldə etdiyimiz məlumatlara görə, Təhsil nazırliyində tutduğu vəzifəyə qədər Anar Nağıyev Azərbaycan Dillər Universitetində dekan və digər məsul vəzifələrdə çalışıb. Gənc olmasına baxmayaraq universitetin sabiq rektoru Səməd Seyidovun ən yaxın adamlarından biri olub. Uzun müddət Səməd Seyidovun qara kassiri olmuş Anar Nağıyevin eyni missiya ilə Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilməsi bir təsadüfdürmü, yoxsa dövlətin içində dövlət yaratmış məmurun gördüyü tədbirlərinin məntiqi nəticəsi?
Təbii ki, Anar Nağıyev buraya rektor əvəzi kimi göndərilsə də,rektor olmaq ümidi ilə gəlib və yaxud gətizdirilib. İndi onların əsas müzakirə predmetlərinin nələr olduğu dəqiq bilinməsə də, təsəvvür etmək mümkündür. Bakı Slavyan Universitetində aparılacaq kadr islahatları, yeni təyinatlar və daha nələr-nələr.