Oxşar xəbərlər
İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.
AS Media.az xəbər verir ki, danışıqlar BMT-nin Cenevrədəki ofisində ABŞ-ın daimi nümayəndəliyində mediaya qapalı şəkildə keçirilir.
Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə Dövlət katibinin birinci müavini Vendi Şerman rəhbərlik edir.
Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqları 7 saatdan çoxdur davam edir.
Bu barədə "Ria Novosti" məlumat yayıb. Bildirilib ki, tərəflər yalnız qısa bir nahar fasiləsi üçün danışıqlara fasilə veriblər.