Oxşar xəbərlər
Nazirlər Kabinetinin “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.
Bundan başqa, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib.
Sıra №-si | Aylıq vəzifə maaşının məbləği (manatla) | |
1. | Ali kateqoriya dövlət orqanlarında | 370 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 355 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 335 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 315 |
Sıra №-si | Aylıq vəzifə maaşının məbləği (manatla) | |
1. | Ali kateqoriya dövlət orqanlarında | 310 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 295 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 280 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 260 |