Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatdı

18-01-2022, 20:16

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə adətən daha çox səsli-küylü olur.


İstifadəçi paneli