Oxşar xəbərlər
Türkiyənin Qaziantep bölgəsinə son 54 ilin ən güclü qarı yağıb.
Bölgədə qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.
Qar səbəbindən nəqliyyatın hərəkəti iflic olub.
Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb olunub.
Qeyd edək ki, Qaziantepə sonuncu dəfə 1968-ci ildə belə güclü qar yağıb.