Oxşar xəbərlər
“Rusiya Ukrayna ilə sərhədə yaxın keçmişdə görülməmiş miqyasda hərbi qüvvə yerləşdirib”.
Asmedia.az xəbər verir ki, bunu ABŞ-ın baş qərargah rəisi Mark Milli deyib.
Milli indiyədək bölgədə belə hərbi fəallıq görmədiklərini və yaranmış durumun “soyuq müharibə” dövrünü xatırlatdığını bildirib.
Baş qərargah rəisi xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin nəticəsi, xüsusən də şəhər yerlərində fəlakətli olacaq.