Gəncədə bir ailə dəm qazından zəhərlənib

3-02-2022, 11:14

Gəncə şəhərinin Gülüstan qəsəbəsində 5 nəfər dəm qazından zəhərlənib.

Asmedia.az -ın məlumatına görə, Gəncə şəhər ərazisində ki, mənzillərin birində yaşayan 2015-ci il təvəllüdlü A.Zeynallı, onun bacısı 2007-ci il təvəllüdlü A.Zeynallı, 1982-ci il təvəllüdlü V.Zeynalov, 1985-ci il təvəllüdlü E.Vəliyeva və 2008-ci il təvəllüdlü Ü.Zeynalov dəm qazından zəhərləniblər.
 
Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.
 
Faktla bağlı araşdırmalara başlanılıb.


İstifadəçi paneli