Oxşar xəbərlər
“Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına hazırdır”.
Asmedia.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında danışıb.
“Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub”, - deyə o, qeyd edib.