Oxşar xəbərlər
“2021-ci ilin sonlarına qədər daimi Gəncədə yaşayırdım. İndi daha çox Bakıda qalıram. Həftədə, on gündə bir Gəncəyə gedirəm”.
Asmedia.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev İTV-də qonaq olarkən deyib.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bildirib ki, Bakıda ev sahibi olduqdan sonra kirayə pulu almağı dayandıracaq:
“Hazırda faktiki olaraq adıma ev yoxdur. Bu problem öz həllini tapdıqdan sonra mən də kirayə pulu almağı dayandıracam. Hazırda kirayədə yaşayıram”.