Oxşar xəbərlər
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Asmedia.az -a verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.