Gəncədə azyaşlı qəflətən öldü

9-02-2022, 11:47

Gəncə şəhərində 10 yaşlı uşaq vəfat edib.
Asmedia.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əliyevin qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb.
Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli