Bu barədə Asmedia.az a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən AK-74 markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.