"Buster" doza vurduranları sayı 2.3 milyonu KEÇDİ

10-02-2022, 18:49

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43027 vaksin vurulub.
 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Asmedia.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2039, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37843 nəfərdir.
 
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 758 803, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 331 851 təşkil edir.
 


İstifadəçi paneli