Azərbaycanda koronavirus: 7632 yoluxma, 24 ölü

10-02-2022, 18:56

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7632 yeni yoluxma faktı qeydə alınıb, 5797 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Asmedia.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib, aktiv xəstə sayı 50 896 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, ötən müddət ərzində isə ümumilikdə 6 335 593 test aparılıb.
 


İstifadəçi paneli