“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişiklik edilib.
Asmedia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev qərar imzalayıb.
Dəyişikliyə əsasən, bu qaydadan fərqli əmək haqqı sisteminin tətbiq edilməsi Agentliyin İdarə Heyətinin qərarı ilə tibb müəssisəsinin Agentliyə maliyyə-iqtisadi əsaslandırma ilə rəsmi müraciəti əsasında müəyyən edilə bilər. Bundan başqa, səhiyyə işçilərinin aylıq vəzifə maaşları “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-iİtisas Sorğu Kitabçası” əsasında 19 dərəcə üzrə müəyyən ediləcək. Əvvəl dərəcə sayı 18 idi. 19-cu dərəcə üzrə aylıq vəzifə maaşı 979 manat olacaq: