Bir ailənin 5 üzvü dəm qazından boğularaq öldü - Adlar
17-02-2022, 18:34
Qusarda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Asmedia.az -a bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur. Hazırda Qusar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.