Zelenski Putinlə görüş üçün kömək istədi
Ukrayna Prezidenti Volodimr Zelenski İtaliya da daxil olmaqla Avropa dövlətlərinin başçılarından Rusiya lideri Vladimir Putinlə görüşün təşkilinə dair vasitəçilik istəyib.
Asmedia.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi Avropa İttifaqı (Aİ) sammiti üçün Brüsselə gələrkən bildirib.
"Zelenski telefon danışığında Putinlə danışıqların mümkünlüyünü soruşdu, İtaliyanın bu işdə ona kömək edə biləcəyini soruşdu. O, bu gün Aİ sammiti çərçivəsində Brüsseldə Ukrayna ilə bağlı görüşdə toplaşan digərlərindən də bu barədə məlumat aldı. Bu, asan deyil, lakin biz əmin olmalıyıq ki, prezidentlər Zelenski və Putin danışıqlar masası arxasına əyləşsin”, – Draqi deyib.
Bundan öncə Ukrayna Prezidenti Voladimir Zelenski bildirib ki, fevral ayında Kiyev Rusiya Federasiyasının Prezident Administrasiyasına Vladimir Putinlə telefon danışığı üçün sorğu göndərib.