Bu gün Odessadan 50-dən çox azərbaycanlı təxliyə ediləcək

7-03-2022, 15:33

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.
Asmedia.az xəbər verir ki, bu barədə təşkilatın sədri Rövşən Quliyev məlumat verib.
O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.
“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, - Rövşən Quliyev qeyd edib.


İstifadəçi paneli