Oxşar xəbərlər
BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın KXDR-ə dair təqdim etdiyi qətnamə layihəsi qəbul edilməyib.
Asmedia.az xəbər verir ki, qətnamə layihəsində Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi nəzərdə tutulurdu.
TŞ-nin 15 üzvünün əksəriyyəti layihənin əleyhinə səs verib. Çinin BMT-dəki səfiri şərait yaxşılaşdığı halda Pxenyana qarşı sanksiyaların ləğvinə çağırıb. Rusiyanın nümayəndəsi isə sadə insanların sanksiyadan əziyyət çəkdiyini bildirib.