Oxşar xəbərlər
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə martın 19-da Mərdəkan qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini R.Zərbalıyevə zor tətbiq edərək 770 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Asmedia.az -a verilən məlumatda bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Ş.Zeynalova və Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.