Rus əsgərləri içib, BMD-ni batırdılar

7-04-2022, 12:30

Rusiya hərbçiləri sərxoş vəziyyətdə öz texnikalarını batırıblar.

ASmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı batmış BMD-3-ün fotosunu da paylaşıb.

Fotoda suda batmış texnika ilə yanaşı, rus hərbçisinin dəbilqəsi və spirtli içki şüşəsi də yer alıb.

Baş Qərargah bildirib ki, görüntü 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, BMD-3 “Baxça” Rusiyanın hava-desant qoşunlarının döyüş maşınıdır.


İstifadəçi paneli