Bakıda kömürlə dolu yük maşını yandı

7-04-2022, 12:51

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda “Ford” markalı yük avtomobilinin yük yerinə yığılan 1 ton ağac kömürünün 70 kiloqramı və qismən avtomobilin salonu yanıb.

Avtomobil və yükünün qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli