Oxşar xəbərlər
Gəncə şəhərində 16 yaşlı qız ana olub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib.
16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.