Oxşar xəbərlər
Bakının Nizami rayonunda, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən yaşayış binasının sökülməsinə başlanılıb.
ASmedia.az xəbər verir ki, həmin binadan artıq sakinlər tam köçürülüb.
1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan sökülür və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.