Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12-12-2019, 23:28

Bakıda beşmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən asmedia.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


İstifadəçi paneli