“İlk dəfə öz ölkəmdə olmaqdan şadam. Açığı, Bakının belə gözəl və təmiz olduğunu gözləmirdim. İstiqanlı əhalisi var. Müsbət emosiyalarım var”.
Bunu Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev deyib.
Qırğızıstan vətəndaşı olan Rafael Fiziyev bu gün Bakıda keçirilən mətbuat konfransında bəzi məsələlərdən danışıb:
“Bura gəlmək məqsədim çoxdan vardı. Şükür Allaha ki, gəlib buranı gördüm.
İyunda növbəti döyüşüm ola bilər. Əvvəlki döyüşüm COVID-19-a yoluxduğum üçün baş tutmadı. İndi artıq sağalmışam.
Düşünürəm ki, Azərbaycanda MMA-nın inkişafı üçün infrastruktur var. Yaxşı baza olandan sonra yaxşı da idmançılar olur. Tofiq Musayev və Nəriman Abbasov kimi idmançılarınız var. Onlar Rusiyadakı rəqiblərinə qalib gəlməklə artıq öz səviyyələrini göstəriblər”.
O, oktaqona çıxdığı papaq barədə də danışıb:
“Papaq həmişə mənimlədir. O hazırda hoteldədir”.