Nazim İdeal: Məmurlar Qanunlardan özləri kimi istifadə etməməlidir!

13-04-2022, 19:11

Ölkədə “qanun” mafioz qüvvələrin iyrənc əməllərini görə biləcək gözləri kor,yox deyə biləcək dilləri kəsmək,yox deyə biləcək qolları qandallamaq üçün vardır.

Hətta Azərbaycan Respublikası qanunvericiliyinin əsasını təşkil edən, bütün ölkə ərazisində ali və birbaşa hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın özü belə onun mahiyyətini dərk etməyən,lakin həmin sistemdə məsul vəzifədə çalışan şəxslər üçün alqı-satqı predmetinə çevrilməklə hörmətsiz və nüfuzsuz şəkildə kütlə şüuruna sırınmaqdadır.

Ədliyyə Sisteminin əsas strukturlarını təşkil edən Penitensiar, İcra və Probasiya “xidmət”lərindəki analoqsuz kazusların annotasiyasını diqqətinizə çatdırıram:
1.9 il əvvəl 06 Mart 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Hakimi Namiq Cəfərovun çıxarmış olduğu №2(103)-1526/2014-cü il tarixli “Qətnamə”nin icraası Nəsimi Rayon İcra Şöbəsində “Hüquqi Dövlət” deyib fəryad edir. Hazırda Qətnamənin İcraasına icra məmuru Murad Xudaverdiyev məsul edilsə də...

Borclu anarxizm mühitindən istifadə edib hətta Xalqı  “maarifləndirmək” adıyla  öz dələduz missiyasını artan xətt üzrə davam etdirir...

Çün ki, sistem iflicdir, idarəetmə anarxizmidir!

2.Bakı Apellyasiya Məhkəməsinin  16 Mart 2022-ci il tarixli “Qərar”ına məhəl qoyan yoxdur. Məhkəmə qərarının icrasına məsul Binəqədi Rayon İcra Şöbəsinin məmurları hadisə yerində olsalarda, müvafiq “Akt” tərtib edilsədə “Azinşaat Sənaye” ASC  və ''Kimya Sənayesi” MMC-in mafioz bossları nəinki Məhkəmə qərarını, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini direktivlərin despot çəlləyinə tullamışlar.

Zərərçəkmiş şəxslər Qasımov İsa Umudvar oğlu və Seyidov Qton İnkişaf oğlu bununla bağlı “Müraciət” etmədikləri dövlət qurumları qalmayıb.Prezident Administrasiyasında Prezidentin köməkçilərilə görüşüblər.Lakin, heç bir fayda yoxdur.Mafia özünü dövlət hesab edir...
 
3.Penitensiar sistemin Müalicə Müəssisəsində Prezidentin bilavasitə nəzarətində olduğu   korrupsionerlər, qanqsterlər əvvəl ki, statuslarını itirsələrdə, dövlətdən və xalqdan çaldıqları paraların bir hissəsini   ağ xalatlı icarədar (“baş həkim”) cəlilov nicat vidadi oğluna və “Nur” restoranlar şəbəkəsinin bariqası, əynindəki haqq-ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisilə səhv salmış mayıl məmmədov və onun şaybalarının ağızlarına tullayıb kef çəkirlər.

İmişlinin sapıq başçısı vilyam hacıyev soyadlı yaramaz “MM” pritonunda saxlanılan ümumi məmur yığınına “obşaklıq”edir.Yəni bu ünvana yolu düşən hər bir korrupsioneri qarşılayıb konfort otaqla,mobil telefonla, ayrıca görüş otağıyla, şəxsi tibb bacısı və.s, təminatı və eyni zamanda xoşuna gəlməyən məhkumların təcili yatab etdirilməsi vilyam hacıyevin səlahiyyətlərinə daxildir.
 
4. Narkotika satışına kəskin etiraz edən, kasıb məhkumları mütəmadi olaraq qənd,çay, siqaretlə təmin etdiyinə görə Qobustan Həbsxanasına “ezam” etdirilən Qayıbov Bəxtiyar İntiqam oğlu 7 Saylı cəzaçəkmə müəssisəsinə yatab edilərkən karantindən zona buraxılması üçün 3.000 manat “gömrük haqqı” tələb olunur.Bəxtiyar Qayıbov ilkin olaraq 800, sonra isə 500 manat tələb olunan pulu verir. Qalıq 700 manat manata görə isə 2 aylıq PKT verilib dərhalda məhkəməyə çıxarılır.

 
Minlərlə bu kimi rüsvayçı faktlar barədə yazmaq olar....Sadəcə mənasızdır.NİYƏ?

Ona görə ki,bütün baş verənlər gizlin deyil,şüursuz həyat yaşayan başları mədələşmiş geniş hakimiyyət resurslu məmurların qoruyuculuğu ilə həyata keçirilir.

Başlıcası...

Bu cür yollarla evinə pul aparan, xeyirdə-şərdə yaltaq yalaqların, barda-restoranda QıF-ların yanında kiş təqdimatında olanların İNSANLIQDA payı olmaz və yoxdur.

Konstitusiyaya Ana qanun deyib, ondan ayağı sürüşkən anası kimi istifadə edən vələdzinalar dövlət-xalq-məfkurə barədə düşünə və yazdıqlarımı dərk edə bilməz!

Eyni zamanda heç bir “nüfuz” ağıl üzərində hakimlik etməməlidir,əksinə, ağıl nüfuza hakim kəsilib, onu idarə etməlidir!


İstifadəçi paneli