Şəhid atası: Heç vaxt deməmişəm ki, oğlum niyə şəhid olub

14-04-2022, 11:03

Birinci Qarabağ müharibəsində özüm də çox əziyyət çəkmişəm. Heç vaxt deməmişəm ki, oğlum niyə şəhid olub. Biz torpaq istəyirdik, şəhidimiz də olmalı idi.

ASmedia.az xəbər verir ki, bu sözləri şəhid Elnur Allahverdizadənin atası Əli Həsənov “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

“Bir sıra problemləri qeyd etmək istəyirəm. Dövlət qulluğuna növbədənkənar qəbul var idi. Mən növbədənkənar istəmirəm. Növbə ilə də bir sıra problem yaşadıq”, - o bildirib.

Ə.Həsənov əlavə edib ki, şəhid ailələrinə adi bir təskinlik lazımdır:
“Düzdür, ictimai təşkilatlar köməyə gəlir, ərzaq yardımı edirlər. Biz onu götürmürük, deyirik ki, bunu apar bir imkansıza ver, biz çörək tapırıq. Oradan keçəndə məzara bir qərənfil qoy, bu bizə bəsdir. Bizə adi diqqət lazımdır. Bircə arzum var, analar orduya övladlarını gülə-gülə yola salsınlar, göz yaşı ilə yox”.


İstifadəçi paneli