Oğurluq edən ər-arvad saxlanılıb

18-04-2022, 15:37

Beyləqanda oğurluq edən ər-arvad tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakinləri Z.Əliyev və həyat yoldaşı N.İbrahimova saxlanılıblar.

Araşdırma aparılır.


İstifadəçi paneli