Mediaya və MEDIAya REKVİYEM

7-05-2022, 19:08

Azərbaycanlı MM ənd iqtidarlı-müxalifətli MM: Mübariz Mənsimov və mətbu məşuqələr...
(portret)
I

MM – Mübariz Mənsimov... sadəcə və sadəcə: Mübariz Mənsimov!
Bu xalqın hər bir oğlu Mübariz Mənsimovun aqibətini yaşayacaq – allah ömrünü uzun, canını sağ eləsin türmədən və ölümdən qorxmayan təpədən dırnağa XAS Azərbaycan oğlunun: yeri gələndə talış üçün talış, ləzgi üçün ləzgi, tat üçün tat, hapıt üçün hapıt, kürd üçün kürd, türk üçün türk, şəkili üçün şəkili, bakılı üçün bakılı, qubalı üçün qubalı, lənkəranlı üçün lənkəranlı, naxçıvanlı üçün naxçıvanlı, “yeraz” üçün “yeraz” Oğulun! Orbitində bütün Azərbaycanın, Türkiyənin, Rusiyadan, İngiltərədən, Amerikadan azərbaycanlı olan azərbaycanlılar üçün Dost Oğulun! Qısası və kəsəsi: Azərbaycanda talışların içində türk, türklərin içində talış sayılan Oğulun! Amma Azərbaycandan kənarda cılxa A-ZƏR-BAY-CAN-LI!
Fəqət...

Mübariz Mənsimovun atası-anası Masallıdandır, Bakıda doğulub, Bakıda oxuyub, Bakıdan boy atıb və ömrünün 23 yaşından bu yanasını – 30 ildən artığını Azərbaycanda yaşamayıb, qaragüruh diliylə desək, Azərbaycanın çörəyini yeməyib, Azərbaycan çörəyi ilə böyüməyib, Azərbaycanın hesabına kişi olmayıb – öz zəhməti, inadı, əzmi, təfəkkürü, bacarığı ilə “self made man” statusuna yüksəlib! Allahın mərhəmətli dalğasında “bəxt lotereyası” udub, naxışı gətirib: Hacı Zeynalabdin Tağıyev kimi, İlham Rəhimov kimi, Frenk Elkaponi kimi, Fərhad Məmmədov kimi və həm də Özü kimi! Amma və lakin, bütün bunlara baxmayaraq, Azərbaycanla nəfəs alıb, Azərbaycan üçün böyüyüb! Azərbaycan adına, Azərbaycanlı adına iş görüb!
Hacı Zeynalabdin Tağıyevdən və İlham Rhimovdan fərqli olaraq, nə Nəriman Nərimanov ranqında qəyyumu var, nə də İlham Rəhimovun RF prezidenti sanbalında dostu!
Frenk Elkaponini də dost olduqları, çörək verdikləri, ağır günlərində dayaq durduqları həbsə atdırdıqları kimi, Mübariz Mənsimovu da... yüksək dairələrdə nümayişkaranə şəkildə üzünə “qoyun” deyilənlər üzünə durdu, satdı, həbsə aldırmağa yalana qanad qoydular... 
Niyə mən Mübari Mənsimovun aqibətindən başladım: bu, təkcə Mübariz Mənsimovun taleyi deyil, Azərbaycanı sevən, Azərbaycan xalqına yardımçı olmaq istəyən hər bir vətənpərvərin, xeyriyyəçinin, eləcə siyasinin aqibətidir! Çünki... Azərbaycan rəhbərliyinin xisləti bu cür və belə olub: rusbaşlıqlarından!
Hacı Zeynalabdin Tağıyevin həyatı tükdən asılı olanda iqtidarda “naxyer”lər deyildi ki, hakimiyyətdə, deyəsən, tayfa-klan hakimiyyəti şamaxılı milyarderi sıradan çıxardı – hərçənd “naxyer” hakimiyyəti şamaxılı milyarder Mahmud Məmmədovu da sıradan çıxardı!
Amma heç olmasa, Nəriman Nərimanovda o kişilik oldu ki, hacının yaşamına zəmanət ala bildi!
İlham Rəhimovu çoxdan qətlə yetirərdilər! Əgər Vladimir Putinə Azərbaycandakı kəşfiyyat emissarları vaxtında məruzə etməyə yubanmasaydılar! Və VVP qəfil, nəzərdə tutulmayan səfərə gəlib... “Gülüstan” sarayını, orada iştirak edənlərlə birgə şahid etməsəydi Əlahəzrətin qolunu (əlini yox ha!) Sarkozinin harasınısa, Saakaşvilinin isə dizini sıxcaladığı kimi sıxcalayıb amiranə şəkildə “ne tron eqo!!! On moy druq!!!” deməsəydi!
Moskvadakı azərbaycanlı biznesmen Frenk Elkaponini – Fizuli Məmmədovu türmə aqibətindən xilas etməyə, kiməsə ağız açmağa hətta Kəmaləddin Heydərovun cəsarəti çatmadı!

Bu adlarını sadaladığım dördünün də bir suçu var: onlar Azərbaycanı, Azərbaycan xalq(lar)ını sevib, sevir və xalqın ehtiyac içində olan əlilinə, zəlilinə, imkansızına, bivarisinə yardımçı olmaq istəyiblər!
Bu dörd mesenatın dördü də bir məqamı nəzərdən qaçırıblar? Onlar istəyirlər ki, əlilə, zəlilə, imkasıza, bivarisə yardımçı olsunlar, Azərbaycan hakimiyyəti isə istəyir ki, kimə məsləhət bilirsə, onlara yardım etsinlər, özfəaliyyətlə məşğul olmasınlar! Baxmayaraq ki, əli-qolu, ayağı yerində, ikimərtəbəli, beşotaqlı evləri, villalları, arvadından başqa üç-dörd məşuqəsi olanlar da Mübariz Mənsimovun xeyriyyəçiliyindən feyziyab olmaq istəyirlər! Rusiyadan, Amerikadan, Türkiyədən üzübəri minbir zülmlə pul qazanan adam iqtidarlı-müxalifətli mətbu məşuqələrin dediyiylə oturub-durmaz ki!!! Olsa-olsa, arada üstlərinə tulapayı atıb deyər ki, get arfvadıa lifçik al! Götürənin qeyrətinə xoş... 
Həm də Azərbaycan hakimiyyətinin təfəkküründə bu fakt önəmli olub: pul-kapital tayfa-klan təmsilçilərində olmalıdır! Başqa heç kimdə! Necə yəni, tovuzlu hüquqşünas milyarder olsun, masallılı aşpaz milyarder olsun, şamaxılı nöyütsatan milyarder olsun, hətta ordubadlı bazar uşağı (naxçıvanlı – şərurlu, culfalı, ilk növbədə, nerhəmli deyil deyə, yeraz) gəlsin milyarder olsun! Üstəlik də, xalq onları sevsin! Qoy xalq naxçıvanlıların, yerazların topasına nifrət etsin, hər yerdə söysün, təki pul-kapital bizdə olsun! 20-ci əsrin əvvəllərindən 21-ci əsrin əvvəllərinə Azərbaycanda hakimiyyət ierarxiyasının inkişaf təfəkkürü budur!
Və belə bir dönəmdə Yelmar Qarayev qəbrə, İlham Rəhimov balaca bir ofisə, Frenk Elkaponi-Füzuli Məmmədov Azərbaycandan sürgün edilməyə məhkum ediləndən sopra, Allah-Tanrı-Yaradan bu xeyriyyəçilik cəsarətini Mübariz Mənsimovun ürəyinə saldı!
Adamı kandıra-kandıra gətirib tikdirdilər – zavod-fabrik, stadion və sonra... “davay do sividaniya”
Bu hakimiyyətə işgüzar, xeyirxah, vətənpərvər yox, camaatın içində “qoyun” deyə çağırdıqları, belə çağrılmaqdan zövq alan buqləmunlar, zombilər lazım olub, lazımdır və belə də davam edəcək
!
Əslində, Mübariz Mənsimovun biznes krallığı pis mənada, ittiham üstündə heç nə ilə dqqəti çəkməməlidir, əksinə, fəxrlə deilməlidir ki, başqa bir dövlətdə adam azərbaycanlı olaraq personaya çevrilib! Eynulla Fətullayev kimi yelbyin, başsız və dalsız jurnalyuqalar isə, ittihama qalxnada boş kafalarına yerləşdirmək istəmirlər ki, adam ən azından, dədəsi Emin kimi qızıl zavodunda işləməyib, Azərbaycan hakimiyyətində təmsil olunmayıb, dövlət qulluqçusu sayılmayıb, burada bizneslə başlamayıb varlanmayıb ki, durub soruşasan necə varlandın? Rusiayda varlanan adam ən azı Rusiya Federasiyasının 56 nəzarət-təftiş komissiyasının, ac canavar kimi, gəlmələri parçalayan struktur düzəninin süzgəcindən keçə billib, əlaqələr qurub! Əgər Mübariz Mənsimovun işində hər hansı “zatsepka”- ilgək olsaydı, çoxdan asardılar... hər yerindən bir dəfə! Bizim mətbu məşuqələrin və rəhbərlərinin sevə-sevə oxuduqları Leninin bir fikri var: iş olan yerdə səhv də olar! Ola bilər, Mübariz Mənsimovu baqaja qoymaq üçün hansısa şirkətdə kimsə səhv edər bilərəkdən, amma yoluna oymaq gücü əlbəttə ki, Mübariz Mənsimovda olub, var, olacaq!
Mübariz Mənsimovun varlığı və sərvəti, gödfüyü işlə bir cümlə ilə ifadə olunmalı, sevilməli və etiraf olunmalıdır: Azərbaycan, azərbaycanlı və azərbaycançılıq varıyla-sərvətiylə, ruhuyla-canıyla, əlaqələriylə hazır fədakar İnsan-Oğul! Amma yox, bizimkilər...   
Stop!
Hə-ə, bu əlaqələr Eynulla Fətullayevin mətbu məşuqəlik elədiklərinə xoş deyil: necə ki, L.İ.Brejnevin qızı Qalya aeroportda Telmanı görəndə “oyy, Telmançik tı çto zdeş delayeş” deyiləndə eşidən Əlahəzrət başını elektrik məftilinə keçirtdi! Bu hakimiyyət və ümumilikdə bu xalqın hakimləri hətt adamı kiminlə s..evişşməyə görə də öldrüb, öldürür və öldürəcək! Kiminləsə sevişəndə də gərək bunların razılığı ola və Eynulla Fətullayev də elə rəhbərlərin varislərinə məşuqəlik edir!
Durub Mübariz Mənsimova dövlət səviyyəsində lobbi dəstəyi verməkdənsə, o boyda tərsanədə lqotlar əldə etməkdənsə, bunlar hərbi komissarlıqdan məxfi məlumatlar əldə edir, ailə tərkibini eşirlər! Mübariz Mənsimov da ailəsi-uşağıyla, valideynləriylə şəkillər paylaşır və bildirir ki biz bir azərbaycanlı ailəsiyik, dolayısıyla deyire ki sizin erməni və başqa düşmən millətlərdən olan arvadlarınızı-qızınızı... bunlar isə peysərə atıb, yenə davam edirlər, pedantlıq yapırlar, dil sürüşməsindən yararlanırlar!
İlham Rəhimov hər hansı xalqın nümayəndfəsi olaraq o statusa yüksəlsəydi indi öz xalqı ayağı altına xalça sərərdi – bizimkilər kiminlə evləndi, kimdən boşandı serenadaları oxuyur!
Və... adını sadaladığım dörd mesenatın üçünün əleyhinə iki nəfər durmadan yazıb, əminəm də ki, Hacı Zeynalabdin Tağıyev sağ olsaydı, onun da əleyhinə yazardılar!
O iki nəfərin biri Əvəz Zeynallı, ikincisi Eynulla Fətullayevdir!
İkisinin də bir performansı var: meşədəki o dovşan vardı a, deyirmiş e bu gün kiminsə ağzı s...eviləcək, sonra öz ağzı-burnu partladılır, bax bu ikisi də elə! Hədəfə aldıqlarının üstünə “yobr-terrorist” kimi cumurlar, sonda qurbanları görüntüdə sındırılmış obrazda görünür, həqiqətdə isə, oynaşlıq iddiaları... məşuqəliyə çevrilir! Şou-biznesdə aktrisaların, müğənnilərin “həci”ləri olduğu kimi, dönüb olurlar qurbanlıq etmək istədiklərinin efirlərdəki “şou-biznes primadonnası, kralı”, mətbu məşuqəsi!
Eynulla Fətullayevin “mətbu məşuqə” olmağının sübuta ehtiyacı yoxdur: türmədən əvvəl İlham Əliyevdən yazdıqları ortada və indiki performansı da göz qabağında!
Çəkinmədən Eynulla Fətullayevə “İlham Əliyevin mətbu qəhbəsi” deyib hətta şərəf də vermək olardı, amma iş ondadır ki, bu “bədbəxt adam”Eynulla Fətullayev heç İlham Əliyevin birbaşa yatağa, üzr istəyirəm, təmasa cəlb etdiyi “mətbu qəhbəsi” də deyil, “İlham Əliyevin əsgəriyəm” deyənlərdən birini hərəmxanalarında... ilk sırada saxladığıdı! Hələ yarayır da istifadəyə. Səyyad Ağbabalı, Sakit Ocaqlı və bu tip başqalarını əvəzləyə bilir... indilik!
Amma Əvəz Zeynallını yeni “mətbu gərdək”də təqdim etməyə ehtiyac var və bu da Mübariz Mənsimovun bu xalqa maddi yardımlarından sonra ilk möhtəşəm hədiyyəsidir!
Bu ikisini eyniləşdirən bir məqam daha var: sanki milyonçu adamlara deyirlər ki, biz istər müxalifətçi timsalında, istər “tənqidi mətbuat” obrazında istər iqtidaryanlı götəgirənlər siyahısında başqa olmalıyıq, çünki biz bunu Rauf Arifoğlundan, Əflatun Amaşovdan daha yaxşı bacarırıq, onlardan daha yaxşı mətbu qəhbəyik, onlara niyə pul verirsiniz, bizə verin, bizim savadımız, istedadımız daha yaxşı girməyə imkan verir, daha yaxşı poz verməyə başarılıyıq, pul niyə Raufa, Əflatuna verilir ki? Ya Bəxtiyar Sadıqova, ya...
Eynullanı yazının axırına bir “kruq” da buraxarıq, Əvəz Zeynallı olan yerdə, Eynulla o qədər də cazibədar deyil – biz də “İlham Əliyevin əsgəriyik” deyənlərdən deyilik ki!
Nə qədər olmasa da, zövqümüz İlham Əliyevin PA müdirlərinin, nazirlərinin icra başçılarının zövqündən bir boy daha yey...
Əvəz luçşe... birinci ondan başlayaq... xalçaya dəvəti!   
 

    
III
Zülm ərşə dirənəndə və yaxud bayquşun ölümü: şəxsiyyəti ikiləşən Əvəz Zeynallı – tükənən və bədbəxt adam
Zaman-zaman Əvəz Zeynallı cəhdlər edib... Mübariz Mənsimovu tasa otuzdurmağa! Əvəz Zeynallının bu kərkinməsi... məhkəmə ilə sonuclandı: özü demişkən, anasını ağlar qoydu Mübariz Mənsimov, “mətbuat düşməni” sayılmaqdan belə çəkinmədi, ləlitdi Əvəz Zeynallını, almadığı maaşın20 faizini tutdurdu ondan! Tam-tamına ilyarım!
Necə oldusa, Mübariz Mənsimov “sındı”, Əvəz Zeynallının ağlar qoyduğu anasını güldürdü, ləlitdiyi Əvəz Zeynallını öz dərdinə şərik etdi, Əvəz Zeynallı “Allah! Allah!” heyrətini, təəccübünü ifadə etdi, hətta müharibə görmüş Rey Kərimoğlu da, 40 ilin... jurnalisti Zahir Əmənov da bəh-bəhlə paylaşdı ki, bəs deməzsən, Əvəz Zeynallı elə bir cahanşümul müsahibə alıb ki, biz ayrı-alayı bir Mübariz Mənsimovu tanımış oluruq, adamın ürəyindən qara qanlar axır, Əvəz Zeynallı müsahibə boyunca beş “allah! Allah!” deyirsə, biz gərək yüzbeş “Allah! Allah!” deyək!
Bax, bu bölümü Mübariz Mənsimovun portret hissəsindən kəsib bura atıram... müharibə qazisi Rey Kərimoğluna da, 40 ilin... jurnalisti Zahir Əmənova da qıcıq olaraq: siz də dünənki şair-yazıçısınız ki, təqdimat həvəsinə girişibsiniz belə “deşevizna” üçün?
Əvvəla...
Rey Kərimoğlu bilməyə bilər, Zahir Əmənov mütləqdir ki, bilir müsahibə nədir və bu janrın tələbləri nədən ibarətdir! Əzizim Zahir Əmənov, var bu yayımlanan videoda müsahibə janrının və yaxud söhbət-müsahibənin əlamətləri?
Yoxdur, ona görə yoxdur ki, dünyanın üç dövlətində pul qazanan, şirkət quran Mübariz Mənsimov İstanbulun azərbaycanlı fatehi ola bilər, amma və lakin... o da İlham Rəhimov, Frenk Elkaponi kimi bir qəpiklik mətbuat xidmətinə malik deyil!

Əvəz Zeynallı öz efirindən, saytından, qəzetindən səsləndirdiyi ittihamlara cavab istəyirdisə, - bunu həmişə və dəfələrlə vurğulayıb, - həmin ittihamları ifadə edən sualları göndərməliydi: bunu ondan Mübariz Mənsimovun mətbuat xidməti tələb etməliydi!
Və Əvəz Zeynallı doğrudan da bu vətən, bu dövlət, bu xalq üçün narahat olan yazar idisə, ilk növbədə, o suallara QANEEDİCİ, QƏNAƏTBƏXŞ VƏ POZİTİV cavablar almalıydı, ondan sonra ikinci hissəyə keçməliydi!
Yox idi o suallar bu müsahibə adıyla soxuşdurulan ortam söhbətində!
İkincisi də, jurnalist-intervyüer tərəfgirliyi açıq-aydın hiss olunurdu – opponentlik yox idi! Müsahibə idisə. Söhbət idisə... ayrı məqamları da çatdırarıq! Bunu Əvəz Zeynallı özü diktə edirdi illər boyu səsləndirdiyi ittihamlara görə!
Əgər hesab edirsinizsə ki, Mübaiz Mənsimov efirdə danışmaq imkanı qazandı, ağlınıza keçə yamayım: o, bu imkanı “Vaşinqton Post”dan, “Hürriyyət”dən, “Cümhüriyyət”dən, BBC-dən, Evronyus-dan  qazanmalıydı, onlara danışmalıydı, nəyinə lazım danışır və Rövnəq Abdullayevin trolları, iqtidarın mətbu qəhbələri başlayır altından ağzına gələni yazmağa? Mübariz Mənsimov Əvəz Zeynallının ümidinə qaldığı qədərincəmi acizləşdi, siz də Əvəzin sayəsində təsəlli tapdınız efirdən üzünü görəndə, səsini eşidəndə?
Adını nə qoyursunuz qoyun, mənim üçün bu “brak” videoməhsulda azca xoş olan o idi ki, Mübariz Mənsimov 60-ın 40-a səmimiydi! Əvəz Zeynallı yüzdəyüz saxta!
Amma bütünlükdə xoş olan o idi ki... özünü “ictimai fikrə təsir gücünə malik baş redaktor” sayan Əvəz Zeynallı eyforiyadaydı ki, baxın a, gördünüz, Mübarizi... kameramın... qabağına oturtdum (adını “adamlarla oturmaq” qoysa da, əslində də elə adamlarların qabağında o(s)turmaq idi): sabah da efirindən səslənəcək Ərdoğan kimi: eyyy, Əli İnsanov, eyy İlham Rəhimov, eyy Cavanşir Feyziyev, eyy Kmaləddin Heydərov - yox, bağışlayın, eyyy, Kəmaləddin Heydərov səslənəmməz, heç “Azərbaycan” nəşriyyatının rəhbəri Leyla xanımın adını çəkəmməz!!!  Və elə həmin andan da uduzmuş oldu!
Mən Mübariz Mənsimovun İstanbulda tərsanə fatehi olduğuna şahid olmuşdum, amma İstnabuldan şərəfini, ləyaqətini itirən Azərbaycan mətbuatının üzünə tüpürmək şansını kayb etmədi!
Bravo, Mübariz bəy!
İlk 12 dəqiqə 43 saniyə Əvəz Zeynallı BİR ÜZÜNÜ həm Mübariz Mənsimovun tüpürməsi üçün, həm də onu Mübariz Mənsimovla mübarizə aparan mübariz jurnalist imicinə tamaşaçıların tüpürməsi üçün açıq saxladı! Növbəti yeddi dəqiqədə də Mübariz Mənsimov özü konkret faktlarla Azərbaycan mətbuatının şərəfsizliyinə tüpürdü!
Saxtalığın ilki buydu: Mübariz Mənsimov deyirdi ki, mənim xəbərim olmayıb sənin məhkəməyə verilməyindən! Yalandan deyrdi, yalan demirdi e, yalandan deyirdi və bizlərə nümayiş etdirirdi budur sizin böyük gələcək qurmaq istədiyiniz Əvəz Zeynallı? Mənim müsahibəm var e, Əvəz Zeynallını məhkəməyə vermək barədə! Əvəz Zeynallı çox rahat bunu atdı peysərə!
Ola bilər ki, bu görüşdə Əvəz Zeynallının məqsədi tamam ayrı şey idi, hədəfdə baqa nəsnə idi, amma öz məqsədinə çatsa da, Azərbaycan mətbuatının şərəfsizcəsinə təslimiyyət aktını qolladı Əvəz Zeynallı! Bir zamanlar “Bişkek protokolu”na qol çəkən Afiyəddin Cəlilov kimi!!!
Mən Əvəz Zeynallının teleməşuqəsi kimi söz soxmaq üçün demərəm ki, Əvəz Zeynallı Mübariz Mənsimovla mübarizəsini nəynənsə əvəzlədi!
Zatən də Əvəzin adı üstündə: o hər yerdə hər şeyi özüylə əvəzləyir, bircə özüylə özünü əvəzləyə bilmir, özünü tapmır!
Məqam həm də budur ki, Əvəz Zeynallı nəinki soruşmadı və demədi, ilk 12 dəqiqə 43 saniyə etiraf dəqiqələrində və sonrakı dönəmlərdə ki:
- Mübariz Mənsimov mən Əvəz Zeynallı sənə zaman-zaman narkotrafik qurmaqda ittihamlar səsləndirmişəm, mən səni Əbülfəz Elçibəy adına gəmi buraxmaqda türk dünyası ilə hiyləgərcəsinə alver yapmaqda ittiham etmişəm, hətta eymənmişəm ki, birdən sən o gəmidə kontrabanda, ya uyuşdurucu nələrsə daşıtdırarsan...
Əvəz Zeynallı KONKRET SUAL vermədi və Mübariz Mənsimov da bizə nümayiş etdirdi ki, budur Azərbaycanın hayqırtılı jurnalistləri – efirdən şir görüntüsündə nərildəyirlər, amma üzbəsurət olanda it balası kimi şöngüyürlər! Buydu Azərbaycan jurnlistikasının dəyəri: “hürən it qapmaz”, baxma ki nərildəyirlər şir ədasıyla!
Və... Əvəz Zeynallı... Mübariz Mənsimova olmazın ittihamlar yağdıran “ictimai fikrə təsir gücü olan baş redaktor” həmən də adıyla, yazılarıyla alverlər yapdığı Fərəməz Novruzoğlunu “publiçnı”-nümayişkaranə satmaqla, Silivri cəzaevinin qarşısında Mübariz Mənsimovla görüş cəhdini nümayiş etdirəndə az qala adam qışqırmaq istəyirdi: Əvəzzzz, bir az gendən götür!!!
Bu, jurnalistikanın efir götəgirənliyiydi!
İlham Əliyevi – Azərbaycan Prezidentini tərifləyən Mir Şahinə, Aynur Camala söyənlər Türkiyədəki yüzlərlə biznesmendən birinə girənə “böyük gələcək” etibar edirlər!
Və ən dəhşətlisi də o idi ki... Əvəz Zeynallı bütün bunları jurnalist adıyla edirdi: yəni mən bu gün söyə də bilərəm, ən ağır ittihamlarla tənqid də edə bilərəm, bahalı otellərdə yerləşdiriləndən sonra bahalı restoranlarda qonaq da ola bilərəm, amma iftara buraxmayanda da yaz(dır)aram ki, bizə dedilər siz dəvətli deyilsiniz!

Tam isabət! Amma nəyin?
İfadəyə fikir verin: birbaşa desək, bütün şərəfsizliklərini adama efirdən etiraf etdikdən sonra dostlarını ittiham edircəsinə sual verir:
- biz adamlarla oturmayaq?
Bu məqamda əsəblərim tam gərildi: əzizim Əvəz, adam adamla oturar da, durar da, dalaşar da, döyər də, döyülər də, amma səninki OTURMAQ deyil axı, O hərfinin vizual ifadəsi və özündən sonra s hərfini özünə qoşmaqdı – “turmaq” sonra gəlir.
Üstəlik də nə baqaja qoyursan dost dediklərini?
Sən dostunun evində ailəlikcə çörək yediyin bacısından saytında yazı yazan adamsan e! O dostdan mərhəmət gözləyirsən?
Eynulla Fətullayev səhərdən-axşamacan evində, restoranda çörək kəsdiyi Şahbaz Xuduoğlunun qardaşı arvadından qəzetində yazı yqazan adamdı e!
Hələ arvadının yanında bir stolda oturan qadına sevgi mesajları yazanınızın kim olduğunu demirəm!
Və Əvəz Zeynallını bu halda görmək mənim yadıma həyatımın “dönəm  qadını” olan bir xanıma verdiyim sualın cavabı düşdü:
- Sən “Aydın”dan niyə ayrıldın, ayrılmamış xəyanət etdin, olmazdı ayrılasan, sonra kiminlə istəsən görüşərdin, o cümlədən də mənimlə!
Qayıtdı ki, o elə adamdır ki, adamı qəhbə adıyla ləkələyir, sonra adamı qucaqlayır!
Bax, Əvəz Zeynallı bu müsahibədə o görkəmdə idi “Allah! Allah!” təəssübü çəkəndə - bu görüntüyə “bir az gendən götür” deməyə də yer yox idi!
Adam artıq... cərrahiyyə stolunda, bağışlayın, studiya stulunda meyit olurdu!
Halbuki... xilas üçün yeri vardı: söhbət Əbülfəz Elçibəyə çatanda, Mübariz Mənsimov üçün az qala vəkillik edirdi! Halbuki anında süni də, saxta da olsa, “olmadı ki, Mübariz bəy” jesti sərgiləmək olardı! Allah Azərbaycan tamaşaçılarının üzünə baxdı ki, bu müsahibəni Əvəz Zeynallının özü götürürdü, Mübariz Mənsimov Əvəzin anasını güldürməkdə idi, daha Əvəz ləlimirdi, yoxsa, yer yerindən oynayardı, lap Mübariz Mənsimov bu gün yaydığı bəyanatdakı kimi fikrinin “dil sürüşməsi” olduğunu etiraf etsəydi!
Əvəz Zeynallının dişlərində Mübariz Mənsimovun qanlı köynəyi bir yana e, şah damarı çeynənmiş olardı, nə Mübariz Mənsimov, nə də onun mətbuat xidməti ağlına gətirməzdi ki, desin, a bala, Əbülfəz Elçibəy səni oxutsa da, illərlə onu çərlədənlərdən biri də sən olmusan e, nə əzizgirami olub sənə? Sən vətən, dövlət, Elçibəy s...evənsən, indi dil tərəddüdü oldu da...?
Busan da sən... bütün əclaflıqlarına “adamlarla oturmayaq” sualıyla don geyindirirsən!
Adam... adamlarla oturmaq üçün ilk növbədə özü adam olmalıdır!

Sən illərlə səninlə oturub duranları adama qarşı kökləmisən, düşmən həddinəcən çatdırmısan, sənə “etmə, eləmə” deyənlərə böhtanlar yağdırmısan, indi ananı güldürür, səni ləlitmir deyə Silivriyəcən sivrilib girmisən!
Ancaq əfsuslar olsun ki... bu performans davam edəcək.
Biz hələ Əvəz Zeynallının efirində Əli İnsanovu görəcəyik: dünən evində “atam” dediyi, bir gün sonra “siyasətdə çağa” adlandırdığı.
Və Əvəz Zeynallı hədəfə aldıqlarını bir-bir ya studiyaya gətirəcək, ya da studiyalarına gedəcək. Gedənəcən qalib, qayıdanda... belə olmadığını sübut etmək üçün təzədən bir də kərkinəcək... o dovşan kimi! Bir də “ağız-burnu” partladılacaq, bir də... – “Mətbuatın onuncu problemi” yazısında yazmışam bu üzünü Əvəz Zeynallının: aldığını xərcləyib qurtarmamış yenə yazacaq, yenə Raufun atası Arif kişiyə rəhmət, aldığını xərcləyib qurtarandan sonra təzədən yazır!
Mübariz Mənsimovun mənim yazdığıma görə yox, elə Türkiyədəki ağıllı və miqyaslı, beynəlxalq sanballı jurnalistlərdən birini tapıb məsləhət soracağına ümid edirəm ki, mətbuatla əlaqəsini qura bilsin! Adam həm Türkiyə mətbuatının təmsilçilərini yaxşı tanımalıdır, həm də Azərbaycan mətbuatının təmsilçilərini, ən azından ona görə ki, bilsin kim İlham Əliyevin hansı əsgərinin mətbu məşuqəsidir!
Kimin yazdığına və suallarına birbaşa, kimə isə yalnız rəsmi müraciətdən sonra cavab vermək olar! Əks təqdirdə, biri gəlib deyəcək ki, biz adambitirənik, bu da durub deyəcək ki, dur s...evdir burdan, o biri də (Şahbaz Xuduoğlu da Türkiyədə Xoşqədəm Hidayətqızının bu qoluna girib, o biri qoluna girən Rauf Arifoğluna dediyi kimi, Raufçik, vallah, mənim səninlə nə işim olasıdı e, Aydınla Əvəz düşmən elədi, halbuki Rauf Şahbazın məşuqəsindən, qardaşlarının sevgililərindən, qardaşı arvadından yazmışdı, nə mənim, nə Əvəzin nəslindən tumangeyən tanımırdı) gəlib deyəcək ki, mən deyildim e, Fərəməz Novruzoğlu idi, halbuki özü efirdən Əhməd Mahmudovun adına olan gəmi üçün narahatlığını ifadə edəndə Fərəməz Novruzoğlunun yadına Mübariz Mənsimov düşmürdü, çünki başı qarışmışdı Bəxtiyar Hacıyevin başına işəyənləri müdafiə etəyə !
Yaxşı ki... 37-ci il... lap elə 20-ci əsrin yox e, 21-ci əsrin... deyil!

Əvəz Zeynallı bu yazını oxusa, onu Mübariz Mənsimovla görüşdürəndən soruşa bilər və dəqiq də əmni olar ki, Aydın Can İstanbula gedəndə özünün Mübariz Mənsimovu tənqid etdiyi yazıları ən yaxınının poçtuna atmışdı!
Mənim təəssüfüm bircə şeyə görədir!
Mən Əvəz Zeynallının teleməşuqəsi deyən kimi demərəm, Əvəz necə əvəzləndi Mübariz Mənsimovla mübarizədə - ən azından Eynulla Fətullayev yazıb ki, Mübariz Mənsimovun hesabları dondurulub!
Hər nədirsə bu alayı... nəsnədir!
Amma xoşagələn deyil! Çünki...
Mənim fahişə qadınlara həmişə bir iradım olub: zalımın qızı, filankəsin qızısan, filankəsin bacısısan, tumanını çəkəndə heç olmasa kişi adama çəkərdin! Bircə şillə dəyməmiş, qayıdır ki yox e, mən eləmədim, özü mənə girişdi!
Adam müsahibə veəndə də bilməlidi kimə verir, bu kim ona necə baxır!!!
Hamısı İlham Əliyevdən öyrənib... Eynulla Fətullayevin sürücüsünə də ev verən hökümətin xalqından nə gözləyəsən ki!!!

ZƏRURİ AÇIQLAMA

Bir vaxtlar ümidimi Şahbaz Xuduoğluna bağlamışdım: bir “Şah” deyəndə, beş “Şah” da ağzımdan tökülürdü! Ki... biz nəşriyyat quracağıq, kitablar buraxacağıq, ölkəyə yayılacağıq! İlk iş günüm yox e, ilk iş həftəm Natiq Səfərovun qusub batırdığı otağı gecə-gündüz iş yerində qalıb təmizləmək, kitabları səliqəyə salmaq və Aydın Kərimovun baş redaktoru olduğu vaxtlardan belə çap olunan kitabları Lənkərandan ikisini gətirib Azərbaycan üzrə bölgə müxbiri elətdirib hamısınƏ 3 aya satdırmaq oldu, sonda... heç nə demədən getmək oldu!
İknci cəhddə də bulundum: Şahbazın vədləri və mənim ümidlərimə görə!
Yenə alınmadı!
Üçüncü dəfə... “pul olanda, hamımızın arasında bölünəcək” andına görə!
Məlum oldu ki...
İkinci ümid Əvəz Zeynallı oldu!
Adamın böyük gələcək qurmaq əminliyindəydim: adını da elə yazmışam telefonumda! 
Əvəz Zeynallını bu ölkə üçün prezident böyüdən, prezident səviyyəsində tərbiyələndirən bir Ata vardı! Nə qədər sağ idi Tapdıq müəllim, bütün umu-küsülərə baxmayaraq, Əvəz Zeynallıya inanmağa yer vardı!
Çünki Tapdıq kişi Gəncəyə qonaq gələn rus qadınını dəmiryolu vağzalına aparanda unutduğu 3 min rublu özünə götürməyən kişiydi... qaçqınlığın ilk aylarında!
Çünki Əvəz Zeynallını Bakıya gətirəndə Kürdəmir yolunda qoyun sürsündən birini maşına atan dayısına etiraz etməyən Əvəzə “sən belə bu ölkənin xilaskarı olacaqsan?” deyən kişiydi!
Əvəz Zeynallı indi efirdən yıxıb-sürüdüyü... Mir Şahini, Rauf Arufoğlunu, Mübariz Mənsimovu, Əli İnsanovu, Əhməd İsmayılovu görəndə tamam ayrı sifət olur!
Bu, şəxsiyyətin ikiləşməsinin tamamlandığı mərhələdir!
Bu, mətbu impotentliyin və mətbu məşuqəliyə hazır olmağın erkən stadiyasıdır!
Biz, ilk növbədə mən, Əvəz Zeynallıdan “böyük gələcək”də “Selcanlı məmləkət” qurmaq gözləyirdik o isə getdi rauflaşdı, eynullalaşdı, əl öpdürdü!
Başqa variantı yoxdu!
Elə söz var deyilməz, üz-üzdən utanar!
Əvəz Zeynallı yeddi qapıya dilənçiliyə getmiş ata kimidir: artıq ölkədən və tamaşıçalrdan utanmır!
Kimlərsə əl çala bilər, alqışlayar da, amma bu alqışlar ucalıqlar Əvəz Zeynallısı üçün olmaz!
Bu alqışlar “İlham Əliyevin əsgərləri”nin qələbəsidir!
Frenk Elkaponiyə, İlham Rəhimova replika atan, Mübariz Mənsimova divan tutandan sonra müsahiblik edən Əvəz Zeynnallı daha “Azərbaycan” nəşriyyatında hansı reaksiyaların hələ də olduğundan yazmır – Ağabəy Əsgərovun anasını ağladırdı, ləlidirdi onu, amma!
Biz Əvəz Zeynallı üçün “böyük gələcək” arzulayırdıq onun öz istəyinə uyğun olaraq, o isə balaca, bapbalaca bir otağa sığındı, o bapbalaca otağa xatir İlham Əliyevin əsgərlərindən artıq sifət göstərməyə başladı!
Dünyanı bu boyda kiçildən adamların dünyası bu qədər bərbadmış.
Görünür, Rauf Arufoğlu olmaq, Qənimət Zahid yolu getmək bizim rusbaşların sevgisi kimi vazkeçilməzmiş.
Dünyada daha böyük hədəflər varkən... 44 sualın anonsunu verib cəmi dörd sualla kifayətlənmək, təxminən iki saatın yarım saatını özünə, üzünə və mətbuatına tüpürtdürmək nəyin qarşılığı imiş?
Adamlar mətbu dəyərləri çox böyük pullara, mandata, holdinqlərə, telekanallara satdılar, amma... inanmış olsaq, görərik ki, mətbu eləcə bir əl öpməyə və təmənnasız satmaq taleyimiz də varmış!!! 
  III

Eynulla Fətullayev... şappaşap status paylaşır!
Və bu statuslar kriminal aləmn dəstəklənməsi mesajıdır!
Halbuki... Eynulla Fətullayev kriminal aləm üçün çoxdan “üzdəniraq bir jurnalyuqa”! Arif Quliyevin oğlunun cəngindən indi təəssübünü çəkdiyi Lotu Qulinin xeyir-duası ilə yox, tamam ayrı adamın müdaxiləsi ilə... xilas olduğunu unudub! İndi nə Lotu Quli var, nə həmin adam təzədən türməyə gedəsi deyil bunun dalını dağıtmaqdan qorusun!
İkincisi də, mənim nəzərimdə mümkün deyil ki, bəlli prinsipləri olan KRİMİNAL AVTORİTET “setka” ilə dost olsun! – adam İlham Əliyevə var-yox saxlamırdı, insanar onu müdafiə edirdi Avropadan belə, türmədən çıxandan sonra isə... Bu dəqiqə İlham Əliyev “harop”larını versə “publiçnı” öpməyə, öpəsidi!
Azərbaycan mətbuatında üç şərəfsiz ləyaqətsiz imza varsa, onun... üçü də Eynulla Fətullayevdir!
Birinci şərəfsiz və ləyaqətsiz Eynulla Fətullayev “Monitor”a görədir!
Ən azından... hər gün Elmar Hüseynovla yeyib-içməyə gedən Eynulla Fətullayev həmin gün onun israrlı xahişlərinə baxmayaraq, kampanyon olmaqdan qaçır və... Elmar Hüseynov öldürüləndən 10 dəqiqə sonra ordan röpörtaj yapır! Üstəlik də... Caniklə - Cahangir Əsgərovla Ədalət Əliyev intriqasını “doskonalnı” yazan adamdır. Fəqət bu gün... “Canik”ə xəstələndirib ölümünü tezləşdirdiyi atası Eminin əvəzinə “ata” da deyər! “Azal”ın bu xalqın başına gətirdiyi faciələrdən bir sətir yazmağa belə nə qələmi, nə də klaviaturada oturub yazmağa dalı yoxdur!
Qələmi də qırılıb, oturan yeri də dağıdılıb – redaksiyasını deyirəm!
Adam bu xalq, bu dövlət üçün təəssüb çəkir guya!
Adam Hüseyn Abdullayevin ofisində oturub, qəzet buraxıb – adamı iqtidarla savaşçı sayırlar! Hseyn Abdullayev adamları tapdayan, tapdatdıran adamdır! Yəni klanlararası savaşda başqa bir komandanın – “İlham Əliyevin əsgərləri”nbdən birinin mətbu məşuqəsi olub! Həmin o “Gündəlik Azərbaycan” onun şərəfsizliyinin, ləyaqətsizliyinin ikinci təsdiqidir: Şahvələd Çobanoğlu kimi onun hüquqları uğrunda vuruşan adama türmədən çıxandan sonra “sənin dəyərin min manatdır, 600 manat verirdim, işləmək istəmədin, 1000 manata qaldırdım maaşını, qaldın” deyən şərəfsiz!
Üstəlik də evində çörək kəsdiyi Şahbaz Xuduoğlunun qardaşı arvadı haqqında “gecə sasat 12-də filan rəisin otağından çıxdı” yazan... şam tutub elə bil!
Anasının rəfiqəsi - Rəfael Allahverdiyevin arvadıyla hamamda lüt şəklini foftoaparatla çəkib dostlarına göstərən, ancaq eyni zamanda onunla Moskvada “zaqs” etdirən, restoranlarını, klublarını, pullarını ələ keçirməyəcən ləyaqətsiz və şərəfsiz!
Üstəlik də Hafka - Hafiz Babayevlə dostluq edən adam necə Mübariz Mənsimovu ittiham edə bilər ki nədəsə? 
Adam Azərbaycanda işləməyib dövlət qulluqçusu deyil, Azərbaycanda biznesi yox, amma Hafkaya 4 milyon mant atmaqda ittiham edilir...
“Hafka” hardan, hansı düzlüklə qazanıb o 4 milyonu və Mübariz Mənsimov ona necə pul ata bilər ki, bütün işləri kart sistemiylə görülür?
Üstəlik də nə mətbuatın var ki, nə zərbəsi olsun?

Mahiyyətiniz bu bir cümlədi e: “eyy, özünü "ictimai fikrə təsir gücü olan", özlərini "media kapitanı" sayanlar, sizlər çoxdan "bosman Əhməd"in losmanlarısınız, düşüncənizə yerləşdirin ki, bu ölkənin həm siyasi, həm də mətbu "yobr-terrorist"i yalnız Əlahəzrət şəxsən özüdür. Siz heç onun "nəyinin nəsi" deyilsiniz, Onun "nəyinin nəsi"nin nəyisəsiniz!
“İlham Əliyevin əsgərləri”nin “spermatozoidləri”, sizin mətbuatın zərbəsi uzaqbaşı öz üstünüzü bulayacaq – əlinizdən gələn saxta ittihamlarla həbs etdirmək oldu, şirkətlərindən bəzilərini ələ keçirə bildiniz, indi növbə sizin həqiqi ittihamlarla həbsinizindir! London Məhkəməsi sizi gözləyir!!!
S...evdirin özünüzü “İlham Əliyevin əsgərləri”nə!
“İlham Əliyevin əsgərləri”nin nəzərinə:
Bu pul verdiklərinzdən biridir Eynulla – o biriləri ilə işim yox, amma deyirəm, yadda saxlayın, Eynulla Fətullayev evinə gələn anasının rəfiqəsini hamama salan adamdır, ehtiyatlı olun, birdən anasıyla, arvadıyla arvadlarınız, analarınız dostluq edər, öləndən sonra, əmin olun, Eynulla ələ keçirəcək: yaşından asılı olmayaraq, Rəna xanım olayında sübut edib!
O ki qaldı Əvəz Zeynallıya... o da dostunun evində çörək yediyi bacısının adını hallandıran adamdı! Burdan xanımını təqdim edib “gəlinindir” dediyinə sabah “siyasətin çağası” söylənib!
Məndən demək idi!
Mübariz Mənsimova gəlincə... tutdurdunuz da çıxdı, ölümdən də qorxmur!
Lotu-potuyla, petux-metuxla, “qoyun” çağrılan adamlarla üstünə getməyin sonu yox!
O adam ya mübariz... Mübariz kimi yaşayacaq, ya da mübariz... Mübariz kimi öldürüləcək: özü demiş, bir professional başqa birini öldürməyi qət edibsə, öldürəcək! Qoruyan allahdır!
Bu qədər bəsit: bir yanda Mənsimov... Mübariz bir yanda mətbu... MƏŞUQƏLƏR!
Kimin kimin s...evəcəyi başından bəlli!
Salamat qalın!
P.S. Eynulla Fətullayev gedib DTX-dan verilən (hərbi komissarlıq o arayışları vermir, o dosyelər DTX-nındır, hesabınızı götürün ki, Eynulla kimin mətbu məşuqəsidir) arayışa istinadən Mübariz bəyin dediklərindən bir punktu təkzib edir!
Bəli, Mübariz Mənsimovu Masallının Şatıoba kəndindən olan gəmi kapitanı Talıb Xalıq oğlu Orucova atası Qurban kişi tapşırıb, gəmiçilik məktəbində oxudub, gəmisində aşbaz işinə götürüb, hətta İtaliyayacan səfərə aparıb, Mübariz bəy o vaxt hətta “Konqres” siqaretlərini də aparıbmı, gətiribmi – belə bir şey olub!
Mən həmişə Mübariz Mənsimova da buna görə yaxın düşməmişəm. Aydın Bəşirov Talıb Orucovu ölüm həddinə çatdırdı. Talıb Orucov özü mənə danışdı ki, “gedəcəm Mübarizin yanına, bircə dəfə də olsa gəmi kapitanı kimi səfərə çıxacam, Aydın Bəşirovun ağzına pox yığacam”. Getdi... amma qayıdanda pərt idi! Gəmisinə işə götürdüyü, kapitanı olduğu Mübari Mənsimov yox, bir yəhudi dostu onu səfərə göndərdi – o prosesdə hər gün onunlaydım!
İlham Əliyev də Aydın Bəşirovun oğlunun toyunda ona bahalı maşın hədiyyə edəndə ümidi qırıldı ki, Aydın Bəşirova hələ də qalib gələ bilməz. 
Ürəyi dayandı – 8 Martda!
Xanımına ən gözəl hədiyyəni etdi: bu dünyada sınmaz, əylməz, mərd kişi kimi yaşadı! Qoymadı... hər günkü əsəblərinə xanımı, “çımı sıpə” deyib əzizlədiyi qızı əzab çəksin!
Hə, nə olsun, gəmidə aşpaz işləyəndə? Məgər “İlham Əliyevin əsgərləri”nin mətbu qəhbəsi olmaqdan aşağı işdir?
Arqumentinizə salsınlar... gəmi kanatlarını!

Aydın Canıyev


İstifadəçi paneli