Səkkiz ildən sonra bu filmlə ekranlara qayıdır

30-06-2022, 10:44

Səkkiz il davam edən fasilədən sonra amerikalı aktrisa Kameron Dias yenidən səhnələrə qayıdır.
İDEALMedia.az  xəbər verir ki, bu barədə 49 yaşlı aktrisa öz instaqram hekayəsində məlumat verib.
O, “Netflix” filmi olan “Yenidən fəaliyyətdə”də (“Back in Action”) amerikalı həmkarı Ceymi Foksla birlikdə rol alacaq.
Foks öz tviter hesabında bildirib ki, filmin istehsalına bu il başlanılacaq.
Qeyd edək ki, Dias sonuncu dəfə 2014-cü ildə “Annie” filminə çəkilib.


İstifadəçi paneli