Özcan Dəniz Bakı konserti: 450 manatlıq biletlər...

31-08-2022, 10:59

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Özcan Dəniz sentyabrda Azərbaycana gələcək.
O, 16 sentyabrda Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Konsert saat 20:00-da başlayacaq və 22:00-a qədər davam edəcəyi gözlənilir.

Biletlərin qiymətinə gəlincə, yerlərdən asılı olaraq 40 manatdan başlayır və 450 manata qədər qalxır.
Hazırda 40 manatlıq biletlərin hamısı satılıb, yalnız 55 manatlıq biletlərdən bəziləri qalır. O cümlədən ön sıralar üçün 450 manatlıq biletlərin də 4-5 yer istisna olmaqla, hamısı satılıb qurtarıb.

Qeyd edək ki, Özcan Dəniz sonuncu dəfə Bakıda 9 il öncə konsert verib.


İstifadəçi paneli