Oxşar xəbərlər
Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən yol qəzasında ölməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb:
"Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir".
Faktla bağlı araşdırma aparılır.