"Rusiyanın Xersondan çəkilməsi tələ və ya manevr yox, ciddi strateji məğlubiyyətdir..."

11-11-2022, 10:21

Ukraynanın Tsenzor.NET saytının baş redaktoru Yuri Butusov hesab edir ki, Rusiya qoşunlarının Xersondan və Dnepr çayının sağ sahilindən geri çəkilməsi tələ və ya hiyləgər manevr deyil, ciddi strateji məğlubiyyətdir. 
 


O, bu barədə noyabrın 10-da "Radio NV"-yə müsahibəsində danışıb.
Y.Butusovun fikrincə, artıq orada tələ təşkil etmək mümkün deyil.
 
"Tələlər haqqında bütün sözlər düşmənin hərəkətləri, geri çəkilməsi üçün çox sadəlövh bir bəhanə üçün ortaya atılır:"Tələsməyin, çünki orada hansısa tələ olacaq.  Ancaq bu, uşaq bağçası səviyyəsidir. Düşmən indi böyük strateji məğlubiyyətə uğrayır”, - deyə Butusov bildirib.
 
O xatırladıb ki, ruslar Xerson körpüsünün müdafiəsi üçün çoxlu qüvvə cəmləyiblər.
 
"Rusiya Federasiyasının bütün hava-desant qoşunları orada tam qüvvə ilə dörd aydan çox döyüşdü. İndi isə bütün dörd hava desant diviziyası: Rusiya hərbi hava desant qüvvələrinin dörd briqadası orada cəmləşib. Üstəlik, 49-cu ümumqoşun ordusunun qalan hissəsi, və 22-ci ordu korpusu. Ona görə də təbii ki, düşmən üçün belə dayaq nöqtəsindən geri çəkilmək böyük məğlubiyyət, strategiya itkisidir”, - jurnalist vurğulayıb.
 
Onun sözlərinə görə, rus qoşunları Dnepr çayının sağ sahilindən geri çəkildikdən sonra Ukraynanın cənubuna təhlükə, o cümlədən işğalçıların Odessa və Nikolayevə soxulmaq ehtimalı tamamilə aradan qaldırılacaq.
 
"Ona görə də burada hansı tələlərdən danışmaq olar? Düşmən Xersonu minalayır, amma bu, belə bir taktiki səviyyədir. Qoşunlar buna hazırdır, bütün təhlükələri anlayırlar", -  deyə Butusov əlavə edib.


İstifadəçi paneli