Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib

17-11-2022, 11:29

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.
 
Bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
 
O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.
 
Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.


İstifadəçi paneli